IMG-LOGO

Magistralda ağır qəza: ölənlər var

25.01.2024 02:41 110 baxış
IMG

Rusiyanın Kareliya Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb, üç nəfər yaralanıb. 

Hadisə R-21 “Kola” avtomobil yolunun 400-cü kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan qadın və iki uşaq Petrozavodsk xəstəxanasına çatdırılıb. 

Xəbər lenti