IMG-LOGO

Rüttedən etiraf: ABŞ olmadan NATO Ukrayna ordusuna dəstəyi təmin edə bilməyəcək

26 Jan 2026 22:13 3 baxış
IMG

NATO-nun baş katibi Mark Rütte Avropa İttifaqını (Aİ) Ukraynaya ayrılan 90 milyard avro məbləğində silahlanma kreditinin xərclənməsində çevik yanaşma göstərməyə çağırıb.

"Report" xəbər verir ki, o bu barədə Brüsseldə Avropa Parlamentində çıxışı zamanı bildirib.

"Mən sizi bu vəsaitlərin xərclənməsində çeviklik təmin etməyə və "Aİ-dən al" prinsipində həddindən artıq məhdudlaşdırıcı olmamağa çağırıram", - deyə Rütte qeyd edib.

Onun sözlərinə görə, ABŞ-dən daimi silah axını olmadan blok ölkələri Ukrayna ordusuna dəstəyi təmin edə bilməyəcəklər.

Rütte həmçinin qeyd edib ki, maliyyələşdirmə məbləği ilə yanaşı onun verilmə sürəti də vacibdir, çünki cəbhədəki vəziyyət operativ qərarlar və texnikanın sürətlə çatdırılmasını tələb edir.

Daha əvvəl Avropa Komissiyası Ukraynaya ümumi məbləği 90 milyard avro olan kreditin verilməsi ilə bağlı saziş təsdiqləyib. Onun 60 milyard avrosu hərbiyə, 30 milyard avrosu isə ölkə büdcəsinə dəstək üçün yönəldiləcək.

Xəbər lenti