IMG-LOGO

Hakan Fidan və HƏMAS nümayəndələri Qəzzadakı vəziyyəti müzakirə ediblər

26 Jan 2026 22:29 2 baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın danışıqlar qrupunun rəhbəri Xəlil Əl Hayya ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Qəzza zolağında həyata keçirilən Sülh Planının ikinci mərhələsi müzakirə edilib.

Qeyd edək ki, yanvarın 24-də Xəlil Əl Hayyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla da görüşüb.

Xəbər lenti