IMG-LOGO

"Hizbullah"ın baş katibi: İrana qarşı müharibə bütün regionda münaqişəni alovlandıracaq

26 Jan 2026 22:44 2 baxış
IMG

"Hizbullah" ABŞ-nin İrana və onun rəhbərliyinə qarşı təhdidinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.

"Report" xəbər verir ki, bu barədə hərəkatın baş katibi şeyx Naim Kasem bildirib.

"ABŞ-nin İrana qarşı hazırladığı təcavüzün qarşısında biz özümüzü müdafiə etməkdə qətiyyətliyik və münasib məqamda necə hərəkət edəcəyimizi seçəcəyik. "Hizbullah" ABŞ-nin hücumu halında neytral qalmayacaq", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İsrail İranın mövcudluğunu qəbul etmək istəmirlər. "Hizbullah" lideri xəbərdarlıq edib ki, bu dəfə İrana qarşı müharibə bütün regionda münaqişəni alovlandıracaq.

Xəbər lenti