IMG-LOGO

Laricani: Etirazların bəzi liderləri həbs ediliblər

26 Jan 2026 21:45 2 baxış
IMG

İranın təhlükəsizlik qüvvələri etirazların bəzi liderlərini müəyyənləşdirərək həbs ediblər.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Silah əldə etmək üçün hərbi və hüquq-mühafizə mərkəzlərinə hücum edənlər vətəndaş müharibəsinə can atırlar" , - Laricani bildirib. Onun sözlərinə görə, İranın düşmənləri ölkədə fövqəladə vəziyyət yaratmaq istəyiblər.

O, ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: "Şübhəsiz ki, iqtisadi problemlər mövcuddur və hökumət bunu həll etməlidir, lakin düşmənin öz məqsədlərinə çatmaq üçün bu platformadan istifadə etdiyini qeyd etmək lazımdır".

Xəbər lenti