IMG-LOGO

Şanlıurfada dilənçilik və küçələrdən metal toplamaq qadağan edilib

26 Jan 2026 21:52 2 baxış
IMG

Türkiyədə Şanlıurfa valiliyi ictimai asayişin, təhlükəsizliyin və rifahın qorunması məqsədilə vilayət ərazisində dilənçilik və qanunsuz müştəri cəlbetmə fəaliyyətlərinin qadağan edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, Şanlıurfa valiliyi tərəfindən dərc edilən ümumi əmr çərçivəsində küçə, prospekt, meydan, park və bağçalar, avtomobil dayanacaqları, tarixi və mədəni ərazilər, ibadət yerləri, bankomatlar, körpü altları, işıqforlar və yolayrıcıları başda olmaqla, ictimai açıq ərazilərdə dilənmək qadağan olunub.

Bununla yanaşı, insanları narahat edərək avtomobil şüşəsi silmək, dəsmal, çiçək və bənzər məhsullar satmağa da icazə verilmir. Yol təhlükəsizliyinə təhdid yaratdığı üçün ictimai nəqliyyat vasitələrində, qəbiristanlıqlarda, nikah salonlarında, əyləncə məkanlarında və səkilərdə vətəndaşları narahat edəcək şəkildə edilən bu cür fəaliyyətlərin qarşısının alınacağı bildirilib.

Uşaqların valideynləri və ya qəyyumları yanlarında olsa belə, zibilliklərdan və küçələrdən təkrar emal materialları toplama işlərinə cəlb edilməsi də qadağan edilib.

Həmçinin qanunsuz müştəri cəlbetmə kimi təyin edilən iş yerlərinin önündə piyadaların keçidini əngəlləyən, təkidli, yüksək səsli və ya fiziki təmas ehtiva edən dəvət metodlarına da icazə verilmir. Qadağanı pozanlar cərimələnəcək, məsuliyyətə cəlb olunacaq. Təhlükəsizlik, jandarm və bələdiyyənin zabit birlikləri tərəfindən nəzarət həyata keçiriləcək.

Xəbər lenti