Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Bolqarıstan parlamentinin Bolqarıstan-Ermənistan dostluq qrupunun sədr müavini Manoil Manevin başçılıq etdiyi nümayəndə heyəti TRIPP (Tramp Marşrutu) layihəsinin həyata keçirilməsinin gedişatını müzakirə ediblər.
"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətlərin yeni səviyyəyə çıxarılması imkanları barədə fikir mübadiləsi aparıblar.
V.Kostanyan TRIPP layihəsinin həyata keçirilməsi işlərinin gedişatını təqdim edərək, bunun Ermənistan və Bolqarıstan arasında nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb.
Bundan əlavə, informasiya texnologiyaları, energetika və digər sahələrdə tərəfdaşlıq perspektivləri, eləcə də hibrid təhdidlərə qarşı mübarizə və demokratik inkişafın gücləndirilməsi məsələləri müzakirə mövzusu olub.