IMG-LOGO

Şəkidən axan dağ çaylarında selə qarşı mübarizə tədbirləri görülür

26 Jan 2026 19:08 3 baxış
IMG

Şəkidən axan dağ çaylarında selə qarşı mübarizə tədbirləri görülür.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, mövsümlə əlaqədar olaraq çaylar daşaraq ətrafdakı kəndlərə, əkin sahələrinə ziyan vurur. Rayon ərazisində olan yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqın sularından mühafizəsi məqsədilə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəəndlərinin təmiri işləri həyata keçirilir. Sel sularından mühafizə tədbirləri əsasında çay məcralarında uzunluğu 8.7 km ərazidən 406.9 min m³ tənzimləmə işləri aparılıb.

Belə ki, Küngüt çayında 1.4 km, Zəyzid çayında 1 km, Kiş çayında 2.3 km, Şin çayında 3.5 km, Daşağıl çayında isə 0.5 km çay məcrasının tənzimlənməsi işləri yerinə yetirilib. Tədbirlər planına uyğun olaraq, Kiş çayında qabion bəndin qoyulması işləri həyata keçirilib.

Xəbər lenti