IMG-LOGO

AK Parti sözçüsü: PKK-nın Suriya, İraq, İran və Avropadakı qolları tərk-silah olmalıdır

26 Jan 2026 19:12 3 baxış
IMG

Terrorsuz Türkiyə və bölgənin təhlükəsizliyi üçün PKK-nın bütün qolları ləğv olunmalı, Suriya, İraq, İran və Avropadakı qeyri-qanuni strukturlar silahı yerə qoymalıdırlar.

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.

"Şərtlər nə olursa olsun, biz suriyalı kürdlərin, türkmənlərin və ərəblərin yanındayıq" , - o deyib və ilk mərhələdə Suriyanın Ayn əl-Ərəb bölgəsinə 11 yardım maşınının göndərildiyini xatırladıb.

"Suriyadakı humanitar dəhlizlər vasitəsilə yardımlar fasiləsiz davam etdiriləcək", - Ö.Çelik bildirib.

Xəbər lenti