IMG-LOGO

Kreml Rusiya, ABŞ və Ukrayna arasında danışıqların davam etdiyini təsdiqləyib

26 Jan 2026 19:36 3 baxış
IMG

Moskva Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna ekspertlər qrupunun işinin bu həftə davam edəcəyinə ümid edir.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ekspertlər səviyyəsində işlərin davam edəcəyini gözləyirik və o, həftə ərzində baş verəcək", - o vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də üçtərəfli danışıqların bu həftə davam edəcəyini təsdiqləmişdi.

Qeyd edək ki, yanvarın 23-24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçirilib.

Xəbər lenti