IMG-LOGO

Azərbaycan İraqa heyvan yemi satışından gəlirini 6 dəfə artırıb

26 Jan 2026 18:00 2 baxış
IMG

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 8,9 milyon ABŞ dolları dəyərində 47 min 590 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 75 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 3,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 16 min 987 ton (+29 %), Tacikistana 2 milyon ABŞ dolları dəyərində 9 min 766 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (-2 %) 8 min 475 ton (-11 %), İraqa 1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 5 min 835 ton (+2,6 dəfə), İrana 703,6 min ABŞ dolları dəyərində (+2 dəfə) 3 min 577 ton (+97 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 30 min 913 ton heyvan yeminin 49 %-i Türkiyənin, 33 %-i Gürcüstanın payına düşüb.

Xəbər lenti