IMG-LOGO

Arxadağ SPECA-nın "Ağıllı şəhərlər" bəyannaməsinə qoşulub

26 Jan 2026 18:40 2 baxış
IMG

Türkmənistanın Arxadağ şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul edilən SPECA proqramının "Ağıllı Şəhərlər" İqlim Forumunun yaradılmasına dair niyyət bəyannaməsinə qoşulub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Hesab olunur ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. Bu platforma SPECA ölkələrinin müvafiq şəhərlərinin bu təşəbbüsə qoşulmaqla iqlim sahəsində həllərin işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edəcək.

Xəbər lenti