Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft məhsullarının ixracı 27 % artıb.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi 78 milyon ABŞ dolları olub: "Azərbaycanın İsrailə qeyri-neft məhsullarının ixracı 2025-ci ilin yanvar-noyabr aylarında 27 % artıb və təxminən 20,3 milyon ABŞ dollarına çatıb. Bu göstərici 2024-cü ilin eyni dövründə 16 milyon ABŞ dolları təşkil edib. İnvestisiyalara gəlincə, qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon ABŞ dollarıdır".