IMG-LOGO

ANAMA əməkdaşının Kambocada ölümü ilə bağlı məlumat yayıb

26 Jan 2026 16:55 3 baxış
IMG

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərə qatılmaq üçün səfərdə olduğu Kambocada vəfat edib.

Qurumdan "Report"a verilən məlumatda bildirilib ki, mərhum səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin yanvarın 14-də Malayziyada xəstəxanaya yerləşdirilib, yanvarın 18-də isə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

Vurğulanıb ki, ANAMA-nın əməkdaşları bir neçə gün öncə məsələ ilə bağlı Malayziyaya ezam olunublar. Hazırda Orxan Məhərrəmovun nəşinin ölkəyə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və beynəlxalq təlimin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti