Bir çox insan düşünür ki, qarabaşaq yarmasını mütləq yumşalana qədər qaynatmaq lazımdır, yoxsa “bişməmiş” sayılır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onu ənənəvi qaydada bişirmək yarmanın faydasının bir hissəsini azalda bilər.
Yüksək temperatur qarabaşaqda olan bəzi mineralları zədələyir. Halbuki bu minerallar məhz qarabaşağın rasiona daxil edilməsinin əsas səbəblərindən biridir. Xüsusilə də, qanda hemoqlobinin normal səviyyədə qalması üçün vacib olan dəmir bundan daha çox təsirlənir.
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, qarabaşağı dəmləmək onun dənəvər quruluşunu və tərkibindəki mikroelementləri daha yaxşı qoruyur. Bu üsul yarmanın suyu özünə çəkməsinə imkan verir və qiymətli maddələrin itməsinin qarşısını alır.
Dietoloqlar izah edirlər ki, qarabaşaqda olan dəmir uzun müddət qaynadılmağa həssas formadadır. Qaynadarkən dəmirin bir hissəsi suya keçir və su süzüldükdə həmin mineral itirilmiş olur.
Dəmləmə isə daha yumşaq üsuldur: yarma şişir, amma sərt istilik təsirinə məruz qalmır. Nəticədə dəmir daha yaxşı qorunur və orqanizm tərəfindən mənimsənilməsi asanlaşır.
Dəmlənmiş qarabaşaq B qrup vitaminlərini daha çox saxlayır. Bu vitaminlər sinir sisteminin fəaliyyəti və maddələr mübadiləsi üçün vacibdir. Bundan əlavə, belə hazırlanmış qarabaşaq daha dadlı olur. O, daha dənəvər və səpələnən alınır, həmçinin yüngül qoz aromatı saxlayır.
Dəmlənmiş qarabaşaq daha asan həzm olunur. Orqanizm çox bişmiş, həddindən artıq yumşalmış dənələri həzm etmək üçün əlavə enerji sərf etmir. Bu üsul xüsusilə anemiyası olan insanlar üçün faydalıdır. Çünki onların qidadan maksimum miqdarda dəmir alması vacibdir.
Həkimlər xatırladırlar ki, qarabaşaq təkbaşına hemoqlobini dərhal yüksəltmir. Amma düzgün hazırlanmış yarmanın müntəzəm qəbulu hemoqlobin səviyyəsini dəstəkləməyə kömək edir. Qarabaşağı termosda və ya qapağı möhkəm bağlanan qabda dəmləmək mümkündür. Sadəcə üzərinə qaynar su töküb bir neçə saat saxlamaq kifayətdir. Bu üsulun üstünlüyü ondadır ki, nəzarət tələb etmir. Yarma özü-özünə hazır olur və həddindən artıq bişmə riski yaranmır.
Dəmlənmiş qarabaşaq uşaqlar üçün də uyğundur. Yumşaq qalır, amma tamamilə sıyığa çevrilmir. Bir çox insan dəmləmə üsuluna keçdikdən sonra yeməyin dadının daha yaxşı olduğunu qeyd edir. Qarabaşaq daha ətirli və daha zəngin dadlı olur.
Mütəxəssislər bu üsulu hər kəsin sınamasını tövsiyə edirlər. Çünki məhsulun faydasını əlavə zəhmət olmadan qorumağa imkan verir. Qarabaşaq dəmirin ən əlçatan mənbələrindən biri hesab olunur. Dəmləmə isə onu sağlamlıq üçün daha da dəyərli edir.
Mətbəx qarabaşaq dəmlənmiş qarabaşaq düzgün qidalanma