IMG-LOGO

Zaqatalada su xətti partladı - Uşaqlar məktəbə gedə bilmir

26 Jan 2026 15:45 3 baxış
IMG
2 0

Zaqatalanın Aşağı Tala kəndində bir həftədən çoxdur ki, borunun partlaması səbəbindən içməli su yola axır.

Lent.az-a müraciət edən sakinlər qeyd edir ki, Barama zavodunun yanından aşağı enən küçə boyunca su axdığı üçün uşaqlar məktəbə gedəndə də əziyyət çəkirlər.

Bununla yanaşı 1 həftədir borunun partlamasına baxmayaraq, hələ də müdaxilə edilməyib.  

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, boru bu gün təmir olunacaq:

“Həmin su xətti bizim yox, bələdiyyənin balansındadır. Onlara bu barədə məlumat vermişik. Bildiriblər ki, gün ərzində problem həll ediləcək. Ehtiyac yaranacağı təqdirdə yerli idarədən xidməti dəstək göstəriləcək”.

Sizin brauzer video tagını dəstəkləmir. Zaqatala Aşağı Tala

Xəbər lenti