Bir çox insan müəyyən qədər özünə inamsızlıq yaşayır. Ancaq münasibətlərdə kişilər çox vaxt qorxularını düşündüyümüzdən də daha dərindən gizlədirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, məsləhətçi Devid Şrederin fikrincə, illər boyu formalaşan mədəniyyət kişilərə “zəiflik göstərmə”, “şübhələrini dilə gətirmə”, “emosiyalarını paylaşma” kimi mesajlar verib.
Buna görə də bir çox kişinin daxili narahatlıqları hətta ən yaxın insanlardan belə gizli qalır. Lakin bu gizli qorxular təkcə kişilərə deyil, münasibətlərin keyfiyyətinə də ciddi təsir göstərir.
1. Partnyoru itirmək qorxusuKişilərin ən geniş yayılmış gizli narahatlıqlarından biri sevdiyi qadını itirmək qorxusudur. “Mən kifayət qədər yaxşı deyiləm” düşüncəsi zamanla daimi şübhəyə, qısqanclığa, ya da əksinə, passivliyə və qərarsızlığa çevrilə bilər.
Bəzi kişilər isə bu iki ifrat hal arasında gedib-gəlir: bir tərəfdən nəzarət etməyə çalışır, digər tərəfdən isə uzaqlaşır. Ekspert bildirir ki, itirmək qorxusuna həddindən artıq fokuslanmaq kişinin şüuraltı şəkildə ən çox qorxduğu vəziyyətləri yaratmasına səbəb olur.
2. Öz gücünə inamsızlıq qorxusuKişi özünü bütöv və güvənli hiss etmədikdə, emosional vəziyyətinə görə məsuliyyəti partnyorunun üzərinə yükləyə bilər. Bu zaman o, davamlı şəkildə təsdiq, dəstək, “mən dəyərliyəm” mesajı gözləyir.
Belə bir xarici qiymətləndirmədən asılılıq zamanla münasibətdə etibarı zəiflədir və tarazlığı pozur.
3. Emosiyalarını göstərməkdən qorxmaqŞrederin yazdığına görə, üçüncü dərin qorxu emosional açıqlıqla bağlıdır. Bir çox kişiyə uşaqlıqdan hisslərini boğmaq, “zəiflik göstərməmək” və “özünü sıxmaq” öyrədilib.
Yetkinlik dövründə bu, kişinin öz hisslərini tanımasını, partnyorunun duyğularını anlamasını çətinləşdirir.
Daxili narahatlıqdan qaçmaq üçün kişi bəzən hətta yaxınlıq istədiyi halda belə partnyorunun hisslərini kiçildə, görməzdən gələ və ya dəyərsizləşdirə bilər.
Çıxış yolu nədir?Ekspertin fikrincə, bu qorxuları aşmaq ilk növbədə insanın özünə qarşı dürüst olması ilə başlayır. Partnyorun sevgisi və dəstəyi vacibdir, amma bu, daxili işi tam əvəz etmir.
Yalnız insan öz qorxularını qəbul edib məsuliyyətini üzərinə götürdükdə, tədricən daha güvənli ola və daha sağlam, dərin münasibət qura bilər.
Qeyd edək ki, daha əvvəl maliyyə eksperti ailələrin şəxsi büdcəni necə daha düzgün idarə edə biləcəyindən də danışmışdı.
cütlük münasibət