IMG-LOGO

Avropa Komissiyası "X"a qarşı yeni araşdırmaya başlayıb

26 Jan 2026 15:41 3 baxış
IMG

Avropa Komissiyası bu gün "X" platformasının Avropa İttifaqının (Aİ) Rəqəmsal xidmətlər haqqında qanununa (DSA) uyğunluğu ilə bağlı yeni rəsmi araşdırmaya başlayıb.

"Report"un Avropa bürosunun komissiyaya istinadən verdiyi məlumata görə, "X"in risklərin idarə edilməsi məsələsi üzrə fəaliyyəti ilə bağlı 2023-cü ilin dekabrında başlanmış araşdırma davam edəcək.

Yeni araşdırmada şirkətin "X" platformasında Grok süni intellekt funksiyalarının tətbiqi ilə bağlı riskləri düzgün qiymətləndirməsi məsələsi öyrəniləcək. Bu, ilk növbədə, qanunsuz məzmunun yayılmasına, xüsusən də Grok vasitəsilə seksual xarakterli görüntülərin yayılmasına aiddir.

Yetkinlik yaşına çatmayanların bu risklərə məruz qalması Aİ ölkələrində xüsusi narahatlıq doğurur.

Avropa Komissiyası ötən ilin dekabrında aparılan araşdırmanın nəticələrinə əsasən "X"i 120 milyon avro cərimələyib.

Xəbər lenti