Türkiyənin Diyarbəkir vilayətində terrorla mübarizə çərçivəsində 10 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, Diyarbəkir Baş Prokurorluğunun apardığı terror istintaqı çərçivəsində ümumilikdə 16 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.
Onlardan 10-u saxlanılıb, 6 şübhəlinin tutulması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.