IMG-LOGO

Postmüharibə dövründə 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edilib

26 Jan 2026 15:53 3 baxış
IMG

Postmüharibə dövründə 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edilib.

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədri Ramin Rzayev ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

O, postmüharibə dövründə qurumun müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyini də diqqətə çatdırıb:

"Müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edilib".

R.Rzayev, həmçinin, Nazirlər Kabinetinin qərarına əsasən əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayının 57-dən 130-a çatdırıldığını söyləyib.

Eyni zamanda sədr vurğulayıb ki, ortopedik ayaqqabıların funksionallığını və estetik görünüşünü artırmaq məqsədilə mövcud modellərdən fərqlənən 37 yeni dizaynlı ayaqqabı hazırlanıb.

Xəbər lenti