IMG-LOGO

İqtisadiyyat naziri: "İsraillə strateji tərəfdaşlığı möhkəmləndirməyə tam sadiqik"

26 Jan 2026 15:57 3 baxış
IMG

Azərbaycan İsraillə strateji tərəfdaşlığını daha da möhkəmləndirməyə tam sadiqdir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan bunu açıq dialoq, praktiki layihələr və əlverişli biznes mühiti vasitəsilə etmək istəyir: "Son beş ildə hər iki xalq çox çətin sınaqlardan keçib, bir-birimizin yanında olmuşuq və düşünürəm ki, bu çətinliklərdən əvvəlkindən daha güclü və görünməmiş dostluq səviyyəsi ilə çıxdığımızı söyləmək ədalətli olar. Əminəm ki, bugünkü biznes forum yeni təşəbbüslər yaradacaq, özəl sektorlarımız arasında birbaşa əməkdaşlığı dərinləşdirəcək və davamlı, qarşılıqlı faydalı nəticələrə töhfə verəcək".

Xəbər lenti