IMG-LOGO

Nazir: "Azərbaycan İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir"

26 Jan 2026 16:01 3 baxış
IMG

Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur: "Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və "NewMed" ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda, "Tamar" qaz yatağının 10 %-lik payının əldə edilməsi bu tərəfdaşlığın güclənməsini əks etdirir".

Nazir vurğulayıb ki, əczaçılıq sektorunda İsrail şirkəti Azərbaycanda layihənin həyata keçirilməsini davam etdirir.

Xəbər lenti