IMG-LOGO

İspaniyada Baş nazirin istefası tələb edilib

26 Jan 2026 16:02 4 baxış
IMG

Madridin regional prezidenti Izabel Dias Ayuso, İspaniya Baş naziri Pedro Sançesi Adamusda 45 nəfərin həyatını itirdiyi dəmiryol qəzası səbəbindən istefa verməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, məhz Baş nazir indi dəmiryol qəzasına görə məsuliyyət daşıyan nəqliyyat departamentinin rəhbərlərini dəyişdirib.

Nazir həmçinin, nəqliyyat naziri Oskar Puentenin istefasını tələb edib.

Qeyd edək ki, Puente bildirib ki, İspaniyanın Xalq partiyasının Adamusdakı dəmiryol qəzasından sonra onun istefasını tələb edəcəyini gözləyir, lakin özünə qarşı ittihamları inkar edir.

Xatırladaq ki, yanvar ayı ərzində İspaniyada 46 nəfərin öldüyü, 43 nəfərin yaralandığı üç dəmiryol qəzası baş verib.

Xəbər lenti