IMG-LOGO

Badara sakini: Buraları yenidən qurub-yaratmalıyıq

26 Jan 2026 14:15 2 baxış
IMG

İşğaldan azad olunmuş ərazilərə qayıdanlar oraları yenidən qurub-yaratmalıdırlar.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında rayonun Badara kənd sakini Aftandil Piriyev səsləndirib.

O, Badarının Qarabağın ən gözəl kəndlərindən biri olduğunu qeyd edib:

"Allaha şükür, bu dağların havasını udmaq bizə yenidən nəsib oldu. Bir vaxt göz yaşı ilə tərk etdiyimiz kəndimizə bu gün sevinclə qayıdırıq. İndi bizim üzərimizdə çox böyük məsuliyyət var. Başımıza gətirilən müsibətlər övladlarımızın xoşbəxt gələcəyi üçün dərs olmalıdır. Buraları yenidən qurub-yaratmalıyıq".

Xəbər lenti