İndoneziya Fransa ilə çoxmilyardlıq müdafiə sazişi çərçivəsində bu ölkədən üç "Rafale" qırıcısı alıb.
"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İndoneziya Müdafiə Nazirliyinin mətbuat katibi briqada generalı Riko Rikardo Sirayt bildirib.
"Təyyarələr təhvil verilib və İndoneziya Hərbi Hava Qüvvələri tərəfindən istifadəyə hazırdır", - o bildirib.
Mətbuat katibinin sözlərinə görə, bu il daha üç təyyarənin çatdırılması gözlənilir.
Sirayt məlumat verib ki, təyyarələr cümə günü çatdırılıb və Sumatrа adasında yerləşən Pekanbaru şəhərindəki Rossmin Nurjadin aviabazasında yerləşdirilib.
Agentlik qeyd edir ki, bu, İndoneziyanın 2022-ci ildə Fransa ilə 8 milyard dollar dəyərində sazişin imzalanmasından və ötən il bu sazişin genişləndirilməsindən sonra müasir döyüş təyyarələri almasının ilk təsdiqidir.