1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan "Mİ-8" helikopterində şəhid olanların xatirəsi Şuşa Şəhidlər xiyabanında ehtiramla yad edilib.
Bu barədə "Report"a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, anma mərasimində şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.







