Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasında iştirak edir.
"Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Asiya regionu çərçivəsində parlamentlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsidir.
"Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində Asiya parlamentlərinin rolu: imkanlar, çağırışlar və gələcək inkişaf istiqamətləri" mövzusunda təşkil olunan sessiyada iştirak üçün 27 ölkədən təxminən 190 parlament üzvü və digər beynəlxalq təşkilatların nümayəndələri səfər edib.
Tədbirdə APA-ya üzv dövlətlərin parlament sədrləri, vitse-spikerləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.
Səfər çərçivəsində TÜRKPA Baş katibi Ramil Həsənin plenar sessiyasında iştirakı ilə yanaşı, həmçinin orada çıxışı da nəzərdə tutulur. Eyni zamanda səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Səfərdə TÜRKPA Baş katibini onun müavini, cənab Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edir.

