IMG-LOGO

Türkiyə Suriyaya humanitar yardım göndərib

25 Jan 2026 23:53 4 baxış
IMG

Türkiyə Suriyanın Ayn əl-Ərəb bölgəsinə humanitar yardım göndərib.

"Report" xəbər verir ki, yardım Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən hazırlanıb.

Bildirilib ki, beş TIR-da 50 ton un, birində isə yataq dəstləri və uşaq bezləri var.

Xatırladaq ki, Türkiyə ötən ilin dekabrında da Suriyaya yardım göndərib. Terrorçulardan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.

Xəbər lenti