ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolina senatoru Tim Skotu potensial vitse-prezident kimi nəzərdən keçirdiyini deyib.
“Report” xəbər verir ki, eks-prezident bu barədə Houi Karranın şousunda açıqlama verib.
Tramp Skottun vitse-prezident olması ilə bağlı sualı cavablandırarkən, deyib: “O, düşündüyüm adamdır”.
Qeyd olunub ki, Skot Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin namizədliyini geri götürərək Trampı dəstəkləyib.
Skottun fikrincə, ABŞ-a ölkəni birləşdirə biləcək lider lazımdır.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ayova ştatından sonra Nyu-Hempşir ştatında da Respublikaçılar Partiyasının praymerizində qalib gəlib.
Bizim Telegram kanalımıza abunə olun