IMG-LOGO

Türkiyə İsrailə Fələstinlə bağlı çağırış edib

24.01.2024 03:43 101 baxış
IMG

“Türkiyə İsraili və onun tərəfdarlarını Yaxın Şərq regionunda vəziyyətin siyasi həlli üçün səy göstərməyə çağırır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq debatda deyib.

“Mən İsraili və onun tərəfdarlarını imkanımız olduğu müddətdə siyasi həll üçün səy göstərməyə çağırıram. Türkiyə rəsmi Ankaranın israillilərlə fələstinlilər arasında sülhün monitorinqini təmin etmək üçün zəmanət mexanizminin yaradılması çağırışını dəstəkləməyi təklif edir”, - deyə o qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti