Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərəcək avadanlıqları Ukraynaya təhvil verməyi ümid edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.
“Biz koalisiya olaraq çalışırıq. Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat qabiliyyətini hədəfləyirik.
Bu, pilotların hazırlığı, platformalar və əlavə olaraq, texniki hazırlığı, infrastruktur və ehtiyat hissələri, döyüş sursatı - Qərb koalisiyasının cavabdeh olduğu bütün komponentləri əhatə edəcək”, - Selest Uollander bildirib.
Bizim Telegram kanalımıza abunə olun