IMG-LOGO

Alman dəmiryolçuları ümummilli tətilə başlayıblar

23.01.2024 23:48 50 baxış
IMG

Almaniyada yük qatarının maşinistləri yanvarın 23-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00) maaşların artırılması tələbi ilə ümummilli tətilə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "Tagesschau" portalı məlumat yayıb.

Klaus Vezselskinin başçılıq etdiyi Alman Maşinistlər İttifaqı işçiləri tətilə çağırıb. İttifaq üzvləri çərşənbə axşamından etibarən yük daşımalarının əhəmiyyətli hissəsini dayandırmaq niyyətindədir və çərşənbə günü yerli vaxtla saat 02:00-dan (Bakı vaxtı ilə 05:00) sərnişin qatarının maşinistləri də tətilə qoşulacaqlar.

Bu, Almaniyada bu günə qədər keçirilən sayca dördüncü böyük tətildir. Bunun regional nəqliyyatda əhəmiyyətli məhdudiyyətlərə səbəb olacağı və Almaniya sənayesinə də təsir edəcəyi gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti