IMG-LOGO

Keçən il Mülki kollegiya üzrə kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb

24 Jan 2026 14:42 2 baxış
IMG

Ali Məhkəmənin İnzibati kollegiyanın 2025-ci ildə icraatında olmuş 5227 işdən 62,1 faizi yekunlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında deyilib.

Qeyd olunub ki, yekunlaşmış işlərdən 43,4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib.

Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib.

İclasda bildirilib ki, Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub.

Qeyd olunub ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb.

Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb.

Xəbər lenti