IMG-LOGO

Avropalı deputatlar Aİ-də demokratiyanın dağılmasından narahatdırlar

23.01.2024 21:14 132 baxış
IMG

Avropa Parlamentinin üzvləri bütün Avropa İttifaqında demokratiyanın, qanunun aliliyinin və fundamental hüquqların dağılmasından dərin narahatdırlar.

“Report”un məlumatına görə, bu barədə Vətəndaş Azadlıqları Komitəsinin təsdiq etdiyi “2023-cü ildə qanunun aliliyinin vəziyyəti” haqqında hesabat layihəsində deyilir.

Sənəddə Avropa Parlamentinin deputatları ciddi problemlərin aşkarlandığı konkret Aİ ölkələrini də tənqid ediblər.

Hesabatda qeyd olunan əsas məsələlərə Slovakiyada cinayət hüququ islahatları, İspaniyada amnistiya qanunu, korrupsiya və məlumat verənlərin üzləşdiyi əsas maneələr, Yunanıstanda casus proqramlardan istifadə ilə bağlı son hadisələr, Slovakiyada radio və televiziyanın planlaşdırılan yenidən qurulması, eləcə də Fransada son vaxtlar niderlandlı müxbirin saxlanması və onun telefonlarının qanunsuz dinlənməsindən sonraki problemlər daxildir.

Deputatlar, həmçinin tez-tez insan alverinin qurbanı olan qaçqın və miqrantların dənizdə həlak olmasından təəssüflənirlər.

Bununla əlaqədar olaraq, Avropa Parlamentinin deputatları quruma üzv dövlətlərə beynəlxalq hüquq çərçivəsində çətin vəziyyətdə olan insanlara yardım göstərmək öhdəliyini xatırladırlar.

Hesabat layihəsi fevralın 5-dən 8-dək keçiriləcək birinci plenar iclasda plenar səsverməyə çıxarılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti