IMG-LOGO

KİV: Husilər BMT əməkdaşlarına Yəməndən çıxmaları üçün bir ay vaxt veriblər

23.01.2024 19:45 47 baxış
IMG

Yəmənin "Ənsar Allah" (Husi) üsyançı hərəkatı BMT-nin ABŞ və Böyük Britaniya vətəndaşlığı olan əməkdaşlarına ölkəni tərk etmək üçün bir ay vaxt verib.

"Report" xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı BMT-nin Sənadakı nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, husilər açıq şəkildə bildiriblər ki, BMT ABŞ və ya Britaniya vətəndaşlığı olan işçiləri "Ənsar Allah"ın nəzarəti altında olan ərazilərdə işə cəlb etməməlidir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti