Belçika Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəlirdən Ukraynaya 611 milyon avro verəcək.
"Report" xəbər verir ki, bu barədə "Belqa" Xəbər Agentliyi Belçika Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Söhbət Belçikada dondurulmuş Rusiya aktivlərinə olan faizdən gedir.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov Kiyevin 2024-cü ildə Brüsseldən 611 milyon avro dəyərində hərbi yardım alacağını açıqlayıb.
Bizim Telegram kanalımıza abunə olun