IMG-LOGO

Gələcəyi ilə bağlı qərarı martda verəcək

23 Jan 2024 19:30 142 baxış
IMG

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını martda verməyi planlaşdırır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 25 yaşlı fransalı son 15 gündə "Real"la əlaqə saxlamayıb və Madrid klubu ilə heç bir razılaşmaya gəlməyib. Bildirildiyinə görə, Mbappe gələcək klubu ilə bağlı qərarını martda verəcəyini açıqlayıb.

Mbappenin parislilərlə müqaviləsi 2024-cü ilin iyununda başa çatır, ona görə də indi o, digər klublarla danışıqlar aparmaqda sərbəstdir. Bu mövsüm 25 yaşlı fransız bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mənbə: lent.az

Xəbər lenti