Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalı ABŞ prezidenti Donald Trampın siyasətinə sərt reaksiya verən üz qabığı dərc edib.
Lent.az xəbər verir ki, “Tramp imperyalizmi: Avropa öz mövqeyini necə ortaya qoya bilər?” başlığı altında təqdim olunan üz qabığında Avropa liderləri orta əsr döyüşçüləri kimi təsvir olunub.
Jurnal Trampın ikinci prezidentlik dövrünün əvvəlində Qrenlandiyanı ABŞ ərazisinə çevirmək barədə səsləndirdiyi fikirlərə və Venesueladakı hərbi müdaxilədən sonra bu mövzuda ritorikanı gücləndirməsinə diqqət çəkib. Avropa tərəfi Qrenlandiya məsələsində ABŞ-la danışıqlara açıq olsa da, Danimarkaya bağlı olan adanın tam ilhaqı ideyasına kəskin etiraz edib.
Üz qapağında Qrenlandiya fonunda İtaliyanın baş naziri Ciorcia Meloni, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Danimarkanın baş naziri Mette Frederiksen kürk və zireh geyimdə, əllərində qılınc və baltalarla təsvir olunub.
Avropa Donald
