IMG-LOGO

Xaçmazda sinif otağına qar-yağış suları dolan məktəb üçün yeni bina inşa olunacaq

23.01.2024 19:06 104 baxış
IMG

Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına yağış sularının axması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib.

"Report" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə tanış olublar.

Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir sıra çətinliklər yaranıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Çoşqun Əliyev bildirib ki, yaxın vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət ərzində şagirdlər öz təhsilllərini Xudat şəhər 4 saylı tam orta məktəbində davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti