IMG-LOGO

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub

24 Jan 2026 01:44 4 baxış
IMG

Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:24-də Sındırğı rayonunda qeydə alınıb.

Zəlzələ ocağı 11,04 km dərinlikdə yerləşib.

Təbiət hadisəsi İstanbul, İzmir və digər ərazilərdə hissi olunub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarn 21-də də Balıkesir vilayətində 4,5 maqnitudalı zəlzələ olub.

Xəbər lenti