IMG-LOGO

Hakan Fidan: Tehrana tövsiyəmiz odur ki, insanların tələbləri nəzərə alınsın

24 Jan 2026 00:55 5 baxış
IMG

İranda 2019 və 2023-cü illərdə də böyük etirazlar yaşanıb və hazırkı aksiyaların da əsas səbəbi iqtisadi problemlərdir.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV telekanalının canlı yayımında deyib.

"Neft və qazı olsa da, bu sahələrin də sanksiyalarla üzləşməsi İranın maliyyə imkanlarını daraldıb" , - H.Fidan bildirib.

Onun sözlərinə görə, İran yaranmış vəziyyətdən çıxmağa çalışarkən çətinliklərlə üzləşir. Nazirin fikrincə, böhran zamanı yaranan etirazları rejim dəyişdirilməsi tələbi kimi də qələmə vermək olmaz. Çünki İranda müxtəlif fikirlər mövcuddur. "Türkiyə olaraq Tehrana tövsiyəmiz ondan ibarətdir ki, insanların tələbləri nəzərə alınsın" , - Türkiyənin xarici işlər naziri qeyd edib.

O əlavə edib ki, İran ilk növbədə ABŞ ilə nüvə danışıqlarında ortaq məxrəcə gəlməlidir:

"Bölgə ölkəsi olaraq yeni savaşın başlamasını istəmirik. Suriya və İraqdakı yaralar təzə sağalarkən, başqa bir böyük yaranın açılmasını arzulamazdıq".

Xəbər lenti