IMG-LOGO

Hakan Fidan: Balkan yarımadasında sülh, sabitlik və rifaha töhfə verməyi davam etdirəcəyik

23 Jan 2026 22:16 2 baxış
IMG

Balkanlarda sülh, sabitlik və rifaha töhfə verməyi, ortaq gələcəyə sərmayə qoyan addımları davam etdirəcəyik.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün "X"dəki hesabında yazıb.

O bildirib ki, İstanbulda keçirilən Balkan Sülh Platformasının ikinci iclasına Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiyanın xarici işlər nazirləri qatılıb.

"Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən bu platforma Balkanlarda dialoqu dərinləşdirmək və konkret əməkdaşlıq sahələri yaratmaq üçün vacib bir çərçivədir" , - H.Fidan qeyd edib.

Onun sözlərinə görə, tərəflər təqdim olunan mövzularda həmfikir olublar.

Xəbər lenti