ABŞ-dan olan keçmiş sperma donoru təsadüfən bioloji övladlarının sayını öyrənərək, təəccüblənib və onlarla ünsiyyət qurmağa başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Dilan Stone-Miller 20 yaşında “Xytex” sperma bankı ilə işləməyə başlayıb və Corciya Dövlət Universitetində oxuyub. O, kasıb tələbə olduğunu və daim pula ehtiyacı olduğunu açıqlayıb. O, 2011-2016-cı illər arasında təxminən 400 dəfə sperma bağışlayıb və hər ianə üçün 100 dollar alıb.
2020-ci ildə gözlənilmədən onun sperması ilə mayalanan və qız övladı dünyaya gələn qadın onunla əlaqə saxlayıb. O, kişiyə təşəkkür etmək üçün məktub yazıb. Stone-Miller bildirib ki, o vaxt doqquz yaşında olan qızını görəndə az qala ağlayıb. Kişinin hesablamalarına görə, o, 97 uşaq atası olub. Onun sözlərinə görə, əslində onların sayı 250-yə çata bilərdi.
Bioloji uşaqların ailələri ilə tanış olduqdan sonra Stone-Miller nəslin həyatı ilə maraqlanmağa və valideynləri icazə verərsə, onlarla ünsiyyət qurmağa başlayıb. Bundan əlavə, onun “Xytex” üçün sualları yaranıb. Əvvəlcə şirkət onun spermasının 40 ailəyə veriləcəyini vəd etsə də, o, artıq uşaqlarının böyüdüyü 62 ailəni tapıb. İkincisi, “Xytex” söz vermişdi ki, bioloji atanın kimliyi uşaqlar 18 yaşına çatana qədər gizli saxlanılacaq. Lakin valideynlər donor sənədlərindən istifadə edərək onu asanlıqla tapa biliblər.
Stone-Miller uşaqlarla ünsiyyət qurmaqdan həzz almasına və şəxsən 26 ailəyə baş çəkməsinə baxmayaraq, indi o, sperma donorlarının və alıcılarının hüquqlarının müdafiəsi ilə məşğuldur. O, ilk növbədə, sperma banklarının bir donordan bioloji material göndərəcəyi müştərilərin sayını azaltmağa çalışır. Bundan əlavə, Stone-Miller hesab edir ki, donor istənilən vaxt spermasının sonrakı yayılmasının qarşısını almaq hüququna malik olmalıdır.