IMG-LOGO

Gələn ay NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək

23.01.2024 14:08 50 baxış
IMG

Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb.

Y.Stoltenberq söyləyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: “Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti