IMG-LOGO

BMT agentliyi: “Qəzzada 570 min insan ərzaq qıtlığından əziyyət çəkir”

23.01.2024 14:10 50 baxış
IMG

Qəzza zolağının 570 min sakini humanitar yardımın olmaması səbəbindən fəlakətli dərəcədə ərzaq qıtlığından əziyyət çəkir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) məlumat yayıb.

“İntensiv döyüşlər, bölgəyə girişə imkan verilməməsi, məhdudiyyətlər və telekommunikasiyanın kəsilməsi UNRWA-nın humanitar yardımı təhlükəsiz və effektiv şəkildə çatdırmasına mane olur. Artan aclıq riski ilə əlaqədar BMT humanitar yardıma çıxış imkanlarını artırmağa çağırır”, - məlumatda qeyd edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti