IMG-LOGO

İspaniya parlamentinin sədri: Bakıda institusional iştirakımızı daha da genişləndirməyi hədəfləyirik

23 Jan 2026 14:23 3 baxış
IMG

İspaniya Bakıda öz institusional mövcudluğunu daha da inkişaf etdirmək istəyir.

"Report" xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.

"İspaniya Bakıda öz institusional iştirakını daha da genişləndirməyi hədəfləyir", - o qeyd edib.

Fransina Armenqol Sosias hər iki tərəfin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri şərtlərin yaradılması istiqamətində çalışdığını da vurğulayıb.

"İkitərəfli münasibətlər, şübhəsiz ki, əhəmiyyətli iqtisadi və ticarət potensialına malikdir və son vaxtlar ölkələrimiz arasında strateji iqtisadi dialoqun başlanması sayəsində əlavə impuls qazanıb", - İspaniya parlamentinin sədri söyləyib.

Xəbər lenti