İspaniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləyir.
"Report" xəbər verir ki, bu barədə İspaniya Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
"İspaniya Ermənistanla Azərbaycan arasında sülh prosesinin sülh sazişinin imzalanması ilə başa çatacağına ümid edir. Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş irəliləyişə görə İspaniyanın minnətdarlığını bildirdim. Ümid edirik ki, uyğun şərait yarandıqda bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq", - o söyləyib.