Penza şəhərindəki neft bazasında PUA hücumu nəticəsində yanğın baş verib, ölən və xəsarət alan yoxdur.
"Report"un məlumatına görə, bu barədə Rusiya Federasiyasının Penza vilayətinin qubernatoru Oleq Melniçenko öz "Telegram" kanalında məlumat verib.
"Səhər saat 4 radələrində (Bakı vaxtı ilə 05:00) PUA hücumu nəticəsində Penza neft bazasında yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Hadisə yerində yanğınsöndürən qüvvələr işləyir – 46 əməkdaş və 14 texnika cəlb olunub. Sizə hadisələrin gedişi barədə əlavə məlumat verəcəyəm", – deyə Melniçenko yazıb.
O həmçinin pilotsuz uçuş aparatlarının tətbiqinə dair foto və video materialların yayılmasına görə məsuliyyət daşıdığını xatırladıb.