IMG-LOGO

Yaponiyada hakim fraksiya buraxılıb

23.01.2024 11:13 51 baxış
IMG

Yaponiyanın Baş naziri Fumio Kisidanın ötən ilin dekabrına qədər rəhbərlik etdiyi “Kotikay” fraksiyası rəsmən özünü buraxdığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar fraksiyanın bu gün keçirilən növbədənkənar iclasında qəbul edilib. Üzvlərə fraksiyanın buraxılmasının səbəbləri izah edilib.

Vurğulanıb ki, ötən ilin dekabrına qədər ona rəhbərlik edən Kisidanın özü və fraksiyadakı ikinci şəxs, hökumətin Baş katibi Yosimasa Hayasi iclasda iştirak etməyib.

Qeyd edək ki, fraksiyanın maliyyə hesabatı qalmaqalına müdaxilə etdiyi bəlli olduqdan sonra Kisida istefa verməyə məcbur olub.

Xatırladaq ki, daha əvvəl Tokio prokurorluğu fraksiyanın mühasibinə qarşı cinayət işi açıb. Bəlli olub ki, 2018-2021-ci il ərzində maliyyə sənədlərində qeyd olunmayan partiya iclaslarından əldə olunan vəsaitin məbləği 30 milyon yen (təxminən 200 min ABŞ dolları) təşkil edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti