NATO Baş katibinin müavini Radmila Şekerinska Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü barədə şərh verib.
"Report"un məlumatına görə, Şekerinska bu barədə sosial şəbəkə "X"də yazıb.
Onun sözlərinə görə, tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüm. Biz regional təhlükəsizlik problemlərini və NATO ilə Azərbaycan arasındakı münasibətləri müzakirə etdik. Cənubi Qafqaz alyans üçün mühüm əhəmiyyət kəsb edir", – Şekerinska vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib.